пятница, 31 октября 2014 г.
Təhsildən “azad olanlar”
“Müharibə başlasa da, məktəbə
gedib-gəlirdik. Adi günlərdən biriydi. Yox, adi gün deyildi. 1992-ci il, 26
fevral, çərşənbə günüydü. Xocalı faciəsi baş verən
gecənin səhəri. Məktəbdə bütün dərslər boşuydu. Müəllimlərimiz iclasdaydılar. İkinci dərs vaxtı bütün müəllimlər ağlaya-ağlaya otaqdan çıxdılar. Bizə dedilər ki, gecə
çox pis hadisə olub. Tez
gedin evə,
çantalarınızdan kitablarınızı boşaldıb, qalın paltarlar və buterbrodlar doldurun.
Gücünüz çatacaq qədər. Çox ağır eləməyin. Evdə
sizi gözləyirlər”.
22 ildir Bakıda məcburi köçkünlük həyatı yaşayan Vüsalə Məmmədova
danışır. O, Ağdam şəhərində dünyaya gəlib.
Qarabağ müharibəsi
başlayanda 9-cu sinifdə
oxuyurmuş. Böyük bacısı Səadətlə birgə.
Kiçik bacısı Şəbnəm isə 5-ci sinifdəymiş.
воскресенье, 12 октября 2014 г.
суббота, 11 октября 2014 г.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sessiyasında Azərbaycanda qaçqın və məcburi köçkün problemindən danışılıb
|
Cenevrə,
29 sentyabr (AzərTAc). Sentyabrın 29-da Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyası işə başlayıb.
Sessiyada BMT QAK-ın İcraiyyə Komitəsinə üzv dövlətlərin nümayəndə heyətləri, qaçqınlara yardım üzrə beynəlxalq qurumların, regional, donor və BMT-yə tərəfdaş təşkilatların təmsilçiləri iştirak edirlər. Tədbirdə Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. |
понедельник, 29 сентября 2014 г.
воскресенье, 28 сентября 2014 г.
суббота, 27 сентября 2014 г.
Məcburi köçkünlər aldıqları evləri sata bilərmi?
Bir nəfər yazırdı ki, məcburi köçkün qohumunun həyat yoldaşı xəstədir və
təcili pula ehtiyacı var. Amma işləmədiyi üçün kredit götürə bilmir,
borc almağa imkanlı qohumu da yoxdur. Həmin şəxs sual verirdi ki,
qanunla qohumu dövlətin ona verdiyi evi satma hüququna malikdirmi?
Açığı, bu suala mən də birmənalı cavab verə bilmədim. Həmin şəxs onu da
bildirmişdi ki, qohumu evini satma məsələsi ilə bağlı dost-tanışa
müraciət etsə də, ona müsbət cavab verən olmayıb. Lakin qohumunun
Ermənistandan gələn qaçqın tanışlarından biri ona verilmiş evi satıb:
“Ona görə qohumum çaşıb qalıb ki, biz evimizi sata bilərik ya yox”.
пятница, 26 сентября 2014 г.
Məcburi köçkünlər ilə görüş
Sentyabrın 25-də Baş nazirin müavini, Qaçqınların və məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Yasamal rayonu
ərazisindəki Qanlı göl ətrafında məskunlaşan və sentyabrın 8-də səhər
saatlarında Abşeron rayonunun Xırdalan şəhərindəki tikintisi yarımçıq
qalmış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində
evləri dağılmış məcburi köçkün ailələri üçün müvəqqəti olaraq ərazidə
Fövqəladə Hallar Nazirliyi tərəfindən quraşdırılmış çadırlarda
yerləşdirilmiş məcburi köçkünlərlə görüşmüşdür.
Əvvəlcə Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlərlə görüşən Əli Həsənov bildirmişdir ki, Bakı şəhərinin baş planına əsasən bu ərazinin də tam abadlaşdırılması nəzərdə tutulduğundan burada məskunlaşan məcburi köçkünlər yaxın günlərdə həmin yerdən onlar üçün Yasamal rayonu ərazisində tikilmiş binaya köçürüləcəklər.
Məcburi köçkünlərlə görüşdə həmçinin onların bir sıra problemləri dinlənilmiş, narahatlıq doğura biləcək məsələlərə hərtərəfli aydınlıq gətirilmişdir. Baş nazirin müavini Əli Həsənov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq müvafiq qərarlar qəbul edilir. Görüşdə əraziləri işğal olunmuş rayonların İcra Hakimiyyətlərinin başçıları da iştirak etmişlər.

Подписаться на:
Сообщения (Atom)