среда, 15 января 2014 г.

“Məcburi köçkünlər üçün dünyaya pəncərə”

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin Barışıq Resursları təşkilatının maliyyəsi ilə noyabrından əvvəllərindən başladığı yeni layihə “Məcburi köçkünlər üçün dünyaya pəncərə” adlanır. Layihə rəhbəri Fərman Nəbiyevin dediyinə görə, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmaı istiqamətində hökumət ciddi tədbirlər həyat keçirsə də, köçkünlərin informasiya ilə təminatı arzu olunan səviyyədə deyil: “Onların əksəriyyətinin internetə çıxışı yoxdur, xüsusən gənclər əsasən ticarətlə məşğul olur və boş vaxtlarını çayxanalarda nərd, domino oynamaqla keçirirlər. Yaşlı nəslin nümayəndələr də aktiv həyatdan uzaqdırlar. Köçkün icmasında araşdırma aparılarkən onların nə Bakıda, nə də Mingəçevirdə çıxan qəzetləri almadıqları üzə çıxıb. Bunun bir neçə səbəbi vardır: Birincisi, bu insanlara qəzet oxumağı yadırğadıblar. İkinci başlıca səbəb isə, KİV-də onların problemləri barədə yazıların verilməməsidir. Təbii ki, bu insanlar özləri barədə yazılmadığı qənaətinə gəldikləri üçün bu qəzetləri oxumağa maraq göstərmirlər”. 

понедельник, 16 декабря 2013 г.

Qaçqın çadır şəhərciklərinin ləğvi dövlət və ictimai maraqların mühüm vəhdət layihəsi kimi...

Son 20 ildə Azərbaycan xalqının üzləşdiyi çətinliklərin sırasında qaçqınların və məcburi köçkünlərin problemləri daha dəhşətlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün erməni separatçıları tərəfindən pozulması faktı artıq dünyaya bəllidir. Bu işğal nəticəsində 1 milyondan artıq insan öz kəndlərindən, doğma yurdlarından qaçqın düşüb.
Azərbaycan dövləti erməni təcavüzü nəticəsində zərər çəkən insanlara, vətəndaşlarına çox böyük dəstək verdi, bu gün də o dəstəyi, qayğını davam etdirir. Dağlıq Qarabağ münaqişəsi zamanı minlərlə insanın düçar olduğu bəlaları təsvir etməyə söz acizdir. Dövlətimiz qaçqın və məcburi köçkünlərə istənilən şəraiti yaradıb. Bu yalnız onların yaşayış yerinin təminatı ilə bağlı qayğı deyil, həm də o insanlarda yurdlarına dönəcəklərinə ümid yaradıb dövlətimiz.

понедельник, 18 ноября 2013 г.

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Bərdə rayonunda həyata keçiriləcək «Məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində gənclər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsi üç ay müddətində davam edəcək. Layihənin məqsədi məcburi köçkünlər üçün salınan  qəsəbələrdə yaşayan yeniyetmə və gənclərə ödənişsiz kompyuter kurslarının təşkil edilməsi ilə onların bu sahədə biliklərə yiyələnməsinə və  məşğulluğunun artırılmasına nail olmaqdır. Layihə çərçivəsində məcburi köçkün ailələrindən olan şəxslərə üç ay müddətində kompyuter bilikləri veriləcək. Layihədən birbaşa Bərdə şəhərində yaşayan məcburi köçkün ailələrindən olan 20 nəfər faydalanacaq.

вторник, 12 ноября 2013 г.

Şəbəkəsinin 2-ci toplantısı


Kanal13 TV xəbər verir ki, noyabrın 6-da İRŞAD mehmanxanasında "Birləşmiş imkanlar" Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsinin 2-ci toplantısı keçirilib.

понедельник, 11 ноября 2013 г.

Məcburi Köçkünlərlə İş Şəbəkəsinin 2-ci ümumi toplantısı keçirilib

xAzərbaycanda Məcburi Köçkünlərlə İş Şəbəkəsinin (Birləşmiş imkanlar) 2-ci ümumi toplantısı keçirilib. İki gün davam edən toplantıda Azərbaycanda məcburi köçkünlərlə işləyən təşkilatlarla yanaşı, Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi, İngiltərənin Barışıq Resursları Təşkilatı və Avropa Birliyinin nümayəndələri də qatılıb. Tədbirdə çıxış edən Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov şəbəkənin indiyədək göstərdiyi fəaliyyətlə bağlı iştirakçılara məlumat verib. Ə.Həsənov şəbəkənin 1-ci toplantısından keçən 5 ay ərzində ölkənin regionlarının tam əhatə olunması istiqamətində iş aparıldığını vurğulayıb. Onun sözlərinə görə, şəbəkənin tanıdılmasına, əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

понедельник, 2 сентября 2013 г.

Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsinin Gürcüstan səfəri

Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsi Gürcüstan təcrübəsini öyrənib.
Səfər çərçivəsində Gürcüstanın dövlət və qeyri hökumət təşkilatları ilə də görüş  keçirilib
Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsinin üzvləri Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi ilə birgə təşkil etdikləri konfransa qatılıb. Humanitar Tədqiqatlar Cəmiyyəti mətbuat xidmətindən verilən məlumata görə, martın 13-dən 17-dək davm edən səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Gürcüstanda məcburi köçkünlərlə bağlı aparılan işlərlə tanış olublar. Səfərin ilk günü Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə Gürcüstan vətəndaş cəmiyyəti nümayəndələri arasında məcburi köçkünlərin problemlərinə həsr olunan müzakirələr aparılıb.

Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsi Gürcüstan təcrübəsini öyrənib

Azərbaycan Məcburi Köçkünlərlə iş Şəbəkəsinin üzvləri Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsi ilə birgə təşkil etdikləri konfransa qatılıb. Humanitar Tədqiqatlar Cəmiyyəti mətbuat xidmətindən verilən məlumata görə, martın 13-dən 17-dək davm edən səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Gürcüstanda məcburi köçkünlərlə bağlı aparılan işlərlə tanış olublar. Səfərin ilk günü Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə Gürcüstan vətəndaş cəmiyyəti nümayəndələri arasında məcburi köçkünlərin problemlərinə həsr olunan müzakirələr aparılıb.

вторник, 6 августа 2013 г.

Kiçik qrant elanı

Humanitar Tədqiqatlar Cəmiyyəti və Barışıq Resursları təşkilatı «Məcburi Köçkünlər üzrə İş şəbəkəsi” layihəsi çərçivəsində 2013-cü ilin sentyabr – dekabr ayları ərzində icra olunması planlaşdırılan kiçik layihələrin maliyyələşdirilməsi üçün müsabiqə elan edir. Müsabiqədə Məcburi Köçkünlər üzrə İş şəbəkəsinə üzv olan və yaxud məcburi köçkün icmaları ilə işləyən təşkilatlar iştirak edə bilərlər. Müsabiqənin məqsədi şəbəkə üzvü olan təşkilatların potensialını artırmaqla, onların məcburi köçkünlərin sosial, mədəni və hüquqi problemlərinin həll olunmasında dayanıqlı fəaliyyətini təmin etməkdən ibarətdir.