Tədbirdə çıxış edən İngiltərənin Barışıq Resursları Təşkilatının nümayəndəsi Laurence Broers şəbəkənin fəaliyyəti üçün görülməsi vacib olan işlərlə bağlı məlumat verib. Gürcüstanda fəaliyyət göstərən “Sinergiya” Məcburi Köçkünlər şəbəkəsinin təmsilçisi Nino Kalandarişvili «Azərbaycandan olan qaçqınlar və məcburi köçkünlərin qarşılıqlı olaraq əməkdaşlığının dəstəklənməsi» mövzusunda çıxış edib.
Daha sonra şəbəkə üzvləri paytaxt və regionlarda məcburi köçkünlərlə bağlı gördükləri iş və gələcək fəaliyyətləri ilə bağlı məlumat veriblər. Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov «Məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində gənclər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsi haqqında məlumat verib. X.Kazımov bildirib ki, üç ay müddətində davam edəcək kurslarda məcburi köçkün yeniyetmə və gənclərə kompyuter bilikləri veriləcək.
Daha sonra şəbəkənin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Toplantının sonunda məcburi köçkün təşkilatlarının paytaxtda və ölkənin 7 rayonunda həyata keçirəcəyi 10 kiçik layihənin dəstəkləndiyi bildirilib. Həmin təşkilatlarla müqavilələr imzalanıb.
http://regionalhumanrights.org/az/?p=1096
Комментариев нет:
Отправить комментарий