Təhlilçilər Azərbaycan və Ermənistan prezidentlərinin Fransanın vasitəçiliyi
ilə Paris görüşünün müsbət nəticələrindən danışarkən əsir, itkin düşmüş girovların qaytarılması ilə bağlı anlaşmanın əldə
olunmasını qeyd edirlər.
BBC Azərbaycancaya danışan bəzi azərbaycanlı
politoloqların fikrincə siyasi
bəyanatların ardınca böyük sülh
sazişinin hazırlanacağı gözləniləndir, bəzi
ekspertlər isə görüşdə heç bir
müsbət məqamın olmadığını düşünür.
Erməni politoloqlar Paris görüşünü şərh edərkən görüşün müsbət məqamı kimi “ən pis sülh hərbdən yaxşıdır” prinsipi
baxımından nəzərdən
keçirirlər.
Ermənistanda yerləşən “Avropa inteqrasiyası”
ictimai təşkilatının rəhbəri Karen
Bekaryanın BBC Azərbaycancaya
dediyinə görə, “bu, təmas xəttində gərginliyin səngiməsini ehtimal etməyə ümid
verir”.
Lakin o, Qarabağ
problemi üzrə Qarabağ nümayəndələrinin iştirak etmədiyi istənilən danışıqların “heç bir nəticə verməyəcəyinə” əmin olduğunu bildirir: “Parisdə isə bu məsələyə heç bir
əhəmiyyət verilməyib”.