воскресенье, 16 ноября 2014 г.
четверг, 13 ноября 2014 г.
Avropa və ABŞ Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırır
Çərşənbə günü Azərbaycan hava məkanını pozduğunu dediyi və
"Ermənistan Respublikası Silahlı Qüvvələrinə" məxsus hərbi
helikopteri vurduqdan sonra beynəlxalq qurumlar hər iki tərəfi təmkinli olmağa
çağırıblar.
Münaqişənin həllində vasitəçi olan Minsk Qrupu Həmsədrləri
təmas xəttində helikopterin vurulması barədə "çox ciddi narahatlıq"
keçirdiyini bildirib. "Həmsədrlər bu insidentə səbəb olan hadisələr barədə
dərin narahatdırlar", bəyanatda deyilir.
Amerikalı həmsədr James Warlick isə öz Twitter səhifəsində
yazıb: "Dağlıq Qarabağda daha geniş münaqişə heç kimin marağında deyil. Tərəflər
vəziyyətin gərginləşməsinə imkan verməməli və müharibədən bir variant kimi
imtina etməlidirlər".
воскресенье, 2 ноября 2014 г.
Azərbaycan və Ermənistan Paris danışıqlarını niyə müsbət qarşılayıb?
Təhlilçilər Azərbaycan və Ermənistan prezidentlərinin Fransanın vasitəçiliyi
ilə Paris görüşünün müsbət nəticələrindən danışarkən əsir, itkin düşmüş girovların qaytarılması ilə bağlı anlaşmanın əldə
olunmasını qeyd edirlər.
BBC Azərbaycancaya danışan bəzi azərbaycanlı
politoloqların fikrincə siyasi
bəyanatların ardınca böyük sülh
sazişinin hazırlanacağı gözləniləndir, bəzi
ekspertlər isə görüşdə heç bir
müsbət məqamın olmadığını düşünür.
Erməni politoloqlar Paris görüşünü şərh edərkən görüşün müsbət məqamı kimi “ən pis sülh hərbdən yaxşıdır” prinsipi
baxımından nəzərdən
keçirirlər.
Ermənistanda yerləşən “Avropa inteqrasiyası”
ictimai təşkilatının rəhbəri Karen
Bekaryanın BBC Azərbaycancaya
dediyinə görə, “bu, təmas xəttində gərginliyin səngiməsini ehtimal etməyə ümid
verir”.
Lakin o, Qarabağ
problemi üzrə Qarabağ nümayəndələrinin iştirak etmədiyi istənilən danışıqların “heç bir nəticə verməyəcəyinə” əmin olduğunu bildirir: “Parisdə isə bu məsələyə heç bir
əhəmiyyət verilməyib”.
суббота, 1 ноября 2014 г.
20 ildi “öldüsü-qaldısı” bilinməyənlər
“Oğlum Vahid Balaca oğlu Əliyev 1993-cü ildə
itkin düşüb. Cəbraylın Sirik kəndində ətrafında döyüşə girib, gerisindən xəbər yoxdu. Onunla bərabər daha 2 nəfər əsgərimiz döyüşüb. Onların hər
ikisinin öldüyü təsdiqləndi, ancaq oğlumdan xəbər çıxmadı. Az sonra bizə
ermənilər tərəfdən xəbər gəldi ki, Vahid sağdı,
yaralıdı, Stepanakertdə hospitalda yatır. O
vaxtı getdik, erməni komandirlə əlaqə yaratdıq. Şərt qoydular ki,
bizimkilər heyvanlarla bərabər girov götürdükləri Surik adlı çobanı
tapıb onlara təhvil versə oğlumu sağ qaytaracaqlar. Amma biz o çobanı tapa bilmədik. Sonra da Cəbrayıl işğal olundu.
Ara qarışdı, qaçhaqaç düşdü, heç bir əlaqə yarada bilmədik”, – Balaca Əliyev danışır.
пятница, 31 октября 2014 г.
Təhsildən “azad olanlar”
“Müharibə başlasa da, məktəbə
gedib-gəlirdik. Adi günlərdən biriydi. Yox, adi gün deyildi. 1992-ci il, 26
fevral, çərşənbə günüydü. Xocalı faciəsi baş verən
gecənin səhəri. Məktəbdə bütün dərslər boşuydu. Müəllimlərimiz iclasdaydılar. İkinci dərs vaxtı bütün müəllimlər ağlaya-ağlaya otaqdan çıxdılar. Bizə dedilər ki, gecə
çox pis hadisə olub. Tez
gedin evə,
çantalarınızdan kitablarınızı boşaldıb, qalın paltarlar və buterbrodlar doldurun.
Gücünüz çatacaq qədər. Çox ağır eləməyin. Evdə
sizi gözləyirlər”.
22 ildir Bakıda məcburi köçkünlük həyatı yaşayan Vüsalə Məmmədova
danışır. O, Ağdam şəhərində dünyaya gəlib.
Qarabağ müharibəsi
başlayanda 9-cu sinifdə
oxuyurmuş. Böyük bacısı Səadətlə birgə.
Kiçik bacısı Şəbnəm isə 5-ci sinifdəymiş.
воскресенье, 12 октября 2014 г.
суббота, 11 октября 2014 г.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sessiyasında Azərbaycanda qaçqın və məcburi köçkün problemindən danışılıb
|
Cenevrə,
29 sentyabr (AzərTAc). Sentyabrın 29-da Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyası işə başlayıb.
Sessiyada BMT QAK-ın İcraiyyə Komitəsinə üzv dövlətlərin nümayəndə heyətləri, qaçqınlara yardım üzrə beynəlxalq qurumların, regional, donor və BMT-yə tərəfdaş təşkilatların təmsilçiləri iştirak edirlər. Tədbirdə Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. |
Подписаться на:
Сообщения (Atom)





