Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Bərdə rayonunda həyata keçiriləcək «Məcburi köçkünlərin yaşadığı Qarabağ qəsəbəsində gənclər üçün ödənişsiz kompyuter kurslarının təşkili» layihəsi üç ay müddətində davam edəcək. Layihənin məqsədi məcburi köçkünlər üçün salınan qəsəbələrdə yaşayan yeniyetmə və gənclərə ödənişsiz kompyuter kurslarının təşkil edilməsi ilə onların bu sahədə biliklərə yiyələnməsinə və məşğulluğunun artırılmasına nail olmaqdır. Layihə çərçivəsində məcburi köçkün ailələrindən olan şəxslərə üç ay müddətində kompyuter bilikləri veriləcək. Layihədən birbaşa Bərdə şəhərində yaşayan məcburi köçkün ailələrindən olan 20 nəfər faydalanacaq.
понедельник, 18 ноября 2013 г.
вторник, 12 ноября 2013 г.
понедельник, 11 ноября 2013 г.
Məcburi Köçkünlərlə İş Şəbəkəsinin 2-ci ümumi toplantısı keçirilib
Подписаться на:
Комментарии (Atom)
