воскресенье, 12 июля 2015 г.

Məcburi köçkünlərin nəzərinə!

Fərarilik etmiş, il ərzində 182 gündən artıq xaricdə olmuş və deputat seçilmiş məcburi köçkünlərə müavinət verilməsi dayandırılacaq
 
Azərbaycanda məcburi köçkün statusu olan şəxslərə hansı hallarda yemək xərci üçün aylıq müavinət verilib-verilməyəcəyi müəyyənləşib.
 
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bununla bağlı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimatı” yeni redaksiyada təsdiq edib.

четверг, 9 июля 2015 г.

Britaniyalı siyasətçilər: “Artıq Ermənistanın Dağlıq Qarabağın işğalındakı rolunu etiraf etməyin vaxtı çatıb”

Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” (ərizə No. 13216/05) işi ilə bağlı qərarı britaniyalı parlamentarilər tərəfindən ədələtin təntənəsi kimi dəyərləndirilib.

Publika.az xəbər verir ki, Avropa İnsan Hüquqları Konvensiyasının üç xüsusi maddəsinin pozuntusunun qəbul edilməsindən əlavə məhkəmə həmçinin Ermənistanın Dağlıq Qarabağa və 7 ətraf rayonun ərazisinə tam nəzarətinin olmadığını iddia edən Ermənistan hökumətinin etirazını rədd edib. Məhkəmə qərar verib ki, bu münaqişə hazırda hakimiyyətdə olan rejimin üzvləri tərəfindən başlandığından və həyata keçirildiyindən Ermənistan bu münaqişəyə cavabdehdir.

среда, 1 июля 2015 г.

Azərbaycan iqtisadiyyatını Avropa Oyunlarından sonra nə gözləyir?

İki ilə yaxın hazırlıq və iri büdcəsi ilə tanınan ilk Avropa Oyunları başa çatdıqdan sonra diqqət, Azərbaycanın iqtisadi vəziyyətindədir.
Bəzi təhlilçilər deyir ki, Azərbaycanın ev sahibliyini etdiyi ilk Avropa Oyunlarının iqtisadiyyata təsiri hələ özünü biruzə verməsə də, fəsadları bir müddətdən sonra görünəcək. Digərləri isə, milli iqtisadiyyatın vəziyyətilə Avropa Oyunları arasında heç bir əlaqə görmür.
İlk dəfədir Azərbaycanda keçirilən #Baku2015 Avropa Oyunları 12-28 iyun tarixində Bakıda baş tutub. Bazar ertəsi, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Oyunların ümumi büdcəsi 960 milyon manat olub.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədəki hərbi hissələrdə olub

 Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıb, Silahlı Qüvvələr Günü münasibəti ilə təltif olunan hərbi qulluqçulara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim ediblər.   

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib. 

Etirazlar Ermənistana nə vəd edir?

Rövşən Rzayev: “Sərkisyan rejimi birmənalı şəkildə devriləcək”
Əvəz Həsənov: “Burada müəyyən qədər Köçəryanın maraqları görünür”
 Ermənistanda elektrik enerjisinin istehlak qiymətlərinin artırılması əhalinin ciddi narazılığına səbəb olmaqla yanaşı, həm də etiraz aksiyalarının dayanmadan davam etməsinə gətirib çıxarıb. 
 Amma əhalini birdən-birə küçələrə çıxmağa vadar edən, həqiqətənmi, elektrik enerjisinin qiymətinin artımı oldu? 

среда, 24 июня 2015 г.

Ölkədə qaçqınlarla bağlı bir sıra statuslar ləğv olundu Mənbə : İslamazeri

Nazirlər Kabineti “Qaçqın və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası”nın, “Qaçqın statusu verilməsi haqqında ərizə təqdim etmiş şəxslərin qaçqın statusu verilməsi məsələsi həll edilənədək müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən istifadə etmək Qaydası”nın təsdiq edilməsi haqqında qərarında dəyişiklik edib.

понедельник, 22 июня 2015 г.

Qarabağda müharibə başlasa, kim məşğul olacaq? - ABŞ-ın diplomatı sensasion fakt açıqladı

2010-2013-cü illərdə ABŞ-ın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri olmuş Eleni Kunalakis yazdığı "Madam səfir” adlı memuarında azərbaycanlı hərbiçi Ramil Səfərovun azad olunması ilə bağlı prosesə də toxunub.
Strateq.az bildirir ki, yazdığı bu memuarda eks-səfir Macarıstanda hakimiyyətdə olan baş nazir Viktor Orbanın fəaliyyətini tənqid edib və onu ölkədə "avtokratiya təhlükəsi” yaratmaqda ittiham edib. Daha sonra səfir macar hakimiyyətinin  2012-ci ildə Büdapeşt məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilmiş azərbaycanlı hərbiçi Ramil Səfərovun Macarıstandan eksdradisiyası qərarına  ABŞ-ın münasibətini ifadə edən maraqlı detalı açıqlayıb.

пятница, 19 июня 2015 г.

Rusiya Qarabağı Azərbaycana belə qaytaracaq

“Mən hesab etmirəm ki, rəsmi Bakı ilə Moskvanın yaxınlaşması Qarabağ münaqişəsinin həllinə dramatik təsir göstərə bilər. Amma hadisələrin inkişafının bir ssenarisi – Bakının Moskvanın sputniki olmaq istəməsi variantı istisna olunmaqla. Belə olarsa, Moskva işğal olunmuş rayonları Azərbaycana, necə deyərlər, gümüş nəlbəkidə qaytaracaq”.

пятница, 12 июня 2015 г.

Erməni deputat rusiyalı deputatı Qarabağı onlardan... almağa çağırdı

Əgər Rusiya Federasiyası Dövlət Dumasının deputatı bəyan edirsə ki Qarabağı Azərbaycana qaytarmaq lazımdır, onda qoy gəlməyə və onu götürməyə cəhd eləsin”.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən bildirir ki, bunu Ermənistan parlamentində keçirdiyi brifinqdə “Daşnaksütyun” fraksiyasının katibi Arvan Vardanyan Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, Dövlət Dumasının deputatı Dmitri Savelyevin bəyanatını şərh edərkən deyib.

четверг, 11 июня 2015 г.

Milli Məclisin deputatları Avropa Parlamenti ilə bağlı bəyanat verdilər (MƏTN)

Milli Məclisin bir qrup deputatı iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələrlə bağlı bəyanat verib. Musavat.com bəyanatın mətnini təqdim edir:

"Biz, Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələri Avropa Parlamentinin sədri cənab M.Şults və sədr müavini xanım U.Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamı kimi qiymətləndiririk. Artıq neçənci dəfədir ki, həmin qrupların guya Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Bu dəfə Azərbaycanı nüfuzdan salmaq üçün Avropa idman hərəkatının tarixində yeni mərhələ açacaq möhtəşəm idman tədbirinə istinad edilməsi yalnız təəssüf hissi doğurur.