пятница, 26 сентября 2014 г.

Məcburi köçkünlər ilə görüş

Sentyabrın 25-də Baş nazirin müavini, Qaçqınların və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Yasamal rayonu ərazisindəki Qanlı göl ətrafında məskunlaşan və sentyabrın 8-də səhər saatlarında Abşeron rayonunun Xırdalan şəhərindəki tikintisi yarımçıq qalmış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində evləri dağılmış məcburi köçkün ailələri üçün müvəqqəti olaraq ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən quraşdırılmış çadırlarda yerləşdirilmiş məcburi köçkünlərlə görüşmüşdür.
Əvvəlcə Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlərlə görüşən Əli Həsənov bildirmişdir ki, Bakı şəhərinin baş planına əsasən bu ərazinin də tam abadlaşdırılması nəzərdə tutulduğundan burada məskunlaşan məcburi köçkünlər yaxın günlərdə həmin yerdən onlar üçün Yasamal rayonu ərazisində tikilmiş binaya köçürüləcəklər.
Məcburi köçkünlərlə görüşdə həmçinin onların bir sıra problemləri dinlənilmiş, narahatlıq doğura biləcək məsələlərə hərtərəfli aydınlıq gətirilmişdir. Baş nazirin müavini Əli Həsənov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq müvafiq qərarlar qəbul edilir. Görüşdə əraziləri işğal olunmuş rayonların İcra Hakimiyyətlərinin başçıları da iştirak etmişlər.

вторник, 23 сентября 2014 г.

“Əsrin Müqaviləsi” qaçqın və məcburi köçkünlərin həyatını necə dəyişdi?

20 sentyabr Azərbaycan tarixində inkişafa doğru atılan addımlar sırasında bir ilkdir. Düz 20 il bundan əvvəl 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında imzalanan müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırılıb. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlanğıcı qoyulub.

Qaçqın və məcburi köçkünlərin sahib olduqları imtiyazlar

Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində, hansı işlər görülüb? Dövlət bu təbəqədən olan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə nə kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aşağıdakı məlumatı əldə etdik.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar qəbul edilmiş normativ-hüquqi sənədlər (oktyabr 2003- oktyabr 2008-ci illər):

четверг, 18 сентября 2014 г.

Tələbələrin yataqxana problemi - Məcburi köçkünlər məskunlaşıb



Dərslər başladı, əksər ali məktəb tələbələrinin qayğıları artdı. Qayğıların ən başında isə yaşayış yeri problemi gəlir. Çünki çoxlarının kirayədə qalmağa maddi imkanı yoxdur. Ali məktəblər isə öz tələbələrini yataqxana ilə təmin edə bilmir.

Xarici Dillər Universiteti öz tələbələrinin az bir hissəsinə yataqxana verə bilir. Universitetin mətbuat katibi Zeynəb Kazımova deyir ki, hazırda universitetin 2 yataqxanası var. 

“Lakin onlardan birində məcburi köçkünlər məskunlaşdığından, yalnız digərinə tələbələri yerləşdirə bilirik. Düzdür, o yataqxanada da məcburi köçkünlər məskunlaşıb, amma bir hissəsində bizim tələbələr qalır”.

Z.Kazımova qeyd edib ki, bu yay ərzində yataqxananın tələbələr qalan hissəsi təmir olunub. 

вторник, 9 сентября 2014 г.

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılması yeni mərhələyə qədəm qoyub


 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nda və həmin proqrama 2007-ci il 31 oktyabr tarixdə, 2011-ci il 21 fevral tarixdə imzalanmış sərəncamlarla təsdiq edilmiş əlavələrdə nəzərdə tutulan işlərin indiki mərhələsi haqqında məlumat almaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sosial təminat və humanitar yardım şöbəsinin müdiri İsbəndiyar Əbdüləzimova müraciət etdik.

- İsbəndiyar müəllim, «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na hesabat nəzəri ilə baxanda hansı mənzərəni görə bilərik? 

вторник, 2 сентября 2014 г.

Qaçqın və məcburi köçkünlər haqda məlumat toplanıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı” həyata keçirilməkdədir.

AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, 2014-cü ilin III rübü üzrə Litvanın Nikolas Romeris Universitetinin Beynəlxalq və Avropa İttifaqının Hüquq İnstitutunun mütəxəssisi elmi tədqiqatın aparılması məqsədilə İnsan Hüquqları İnstitutunda araşdırma aparıb.

Aparılan elmi araşdırmanın əsas məqsədi erməni işğalı nəticəsində hüquqları pozulan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız haqda məlumat toplamaq və əldə olunmuş nəticəni beynəlxalq ictimaiyyətə çatdırmaq olub.

вторник, 19 августа 2014 г.

Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi istifadəyə verilmişdir

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq ötən illər ərzində məcburi köçkün soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həlli, yaşayış səviyyəsinin yüksəldilməsi, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin icrası uğurla davam etdirilmiş və bu gün də davam etdirilməkdədir.

вторник, 22 июля 2014 г.

Azərbaycanlı qaçqın və məcburi köçkünlər məsələsi Avropa Parlamentində müzakirə edildi

Press-reliz: Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) Belçikadakı nümayəndəliyi və Avropada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyası (AYAPE) 20 iyun - BMT-nin Dünya Qaçqınlar Günü münasibətilə tarixi dəyirmi masa təşkil edib ki, bu da Avropa Parlamentində bu tarixin qeyd edildiyi yeganə tədbirdir.

Müzakirələrin moderatoru, Avropa Parlamentinin Almaniyadan olan üzvü Hiltrud Breyer (Yaşıllar Partiyası) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan 875 min azərbaycanlı qaçqın və məcburi köçkünün davam etməkdə olan acınacaqlı vəziyyətindən söz açıb.

четверг, 17 июля 2014 г.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir

Torpaqlarımızın ermənilər tərəfindən işğalı nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşayır. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Ölkədə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, bu kateqoriyadan olan soydaşlarımızın hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətin nəticəsidir ki, 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev tərəfindən bu istiqamətdə 81 fərman və sərəncam imzalanıb. Həmçinin Nazirlər Kabinetinin 307 qərarı var, Milli Məclis tərəfindən 24 qanun qəbul edilib. Həmçinin ötən dövr ərzində bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən 49 fərman və sərəncam imzalanıb. Eləcə də iki dövlət proqramı və onlara edilən əlavələr təsdiq edilib.

четверг, 3 июля 2014 г.

Bələdiyyəsiz məcburi köçkünlər



20 ildir ki, onlar seçki hüququndan məhrumdurlar
2014-cü il Azərbaycanda bələdiyyə seçkiləri ilidi. Qarabağ müharibəsi nəticəsində evlərindən didərgin düşmüş məcburi köçkünlər növbəti dəfə bu seçkilərdən kənarda qalacaqlarından narazıdırlar.

Bələdiyyəsiz məcburi köçkünlər“Məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakına imkan vermirlər. Sanki, biz bu ölkənin vətəndaşları deyilik”- hazırda Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Qazaxın Barxudarlı kəndindən olan məcburi köçkün Məqsəd Mirzəyev deyir.
Dağlıq Qarabağ və ətraf 7 rayona daxil olmayan Qazaxın Barxudarlı kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin əhalisi isə Qazax şəhərində məskunlaşmaq məcburiyyətində qalıb.