понедельник, 29 сентября 2014 г.
воскресенье, 28 сентября 2014 г.
суббота, 27 сентября 2014 г.
Məcburi köçkünlər aldıqları evləri sata bilərmi?
Bir nəfər yazırdı ki, məcburi köçkün qohumunun həyat yoldaşı xəstədir və
təcili pula ehtiyacı var. Amma işləmədiyi üçün kredit götürə bilmir,
borc almağa imkanlı qohumu da yoxdur. Həmin şəxs sual verirdi ki,
qanunla qohumu dövlətin ona verdiyi evi satma hüququna malikdirmi?
Açığı, bu suala mən də birmənalı cavab verə bilmədim. Həmin şəxs onu da
bildirmişdi ki, qohumu evini satma məsələsi ilə bağlı dost-tanışa
müraciət etsə də, ona müsbət cavab verən olmayıb. Lakin qohumunun
Ermənistandan gələn qaçqın tanışlarından biri ona verilmiş evi satıb:
“Ona görə qohumum çaşıb qalıb ki, biz evimizi sata bilərik ya yox”.
пятница, 26 сентября 2014 г.
Məcburi köçkünlər ilə görüş
Sentyabrın 25-də Baş nazirin müavini, Qaçqınların və məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Yasamal rayonu
ərazisindəki Qanlı göl ətrafında məskunlaşan və sentyabrın 8-də səhər
saatlarında Abşeron rayonunun Xırdalan şəhərindəki tikintisi yarımçıq
qalmış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində
evləri dağılmış məcburi köçkün ailələri üçün müvəqqəti olaraq ərazidə
Fövqəladə Hallar Nazirliyi tərəfindən quraşdırılmış çadırlarda
yerləşdirilmiş məcburi köçkünlərlə görüşmüşdür.
Əvvəlcə Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlərlə görüşən Əli Həsənov bildirmişdir ki, Bakı şəhərinin baş planına əsasən bu ərazinin də tam abadlaşdırılması nəzərdə tutulduğundan burada məskunlaşan məcburi köçkünlər yaxın günlərdə həmin yerdən onlar üçün Yasamal rayonu ərazisində tikilmiş binaya köçürüləcəklər.
Məcburi köçkünlərlə görüşdə həmçinin onların bir sıra problemləri dinlənilmiş, narahatlıq doğura biləcək məsələlərə hərtərəfli aydınlıq gətirilmişdir. Baş nazirin müavini Əli Həsənov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq müvafiq qərarlar qəbul edilir. Görüşdə əraziləri işğal olunmuş rayonların İcra Hakimiyyətlərinin başçıları da iştirak etmişlər.

вторник, 23 сентября 2014 г.
“Əsrin Müqaviləsi” qaçqın və məcburi köçkünlərin həyatını necə dəyişdi?
20
sentyabr Azərbaycan tarixində inkişafa doğru atılan addımlar sırasında bir
ilkdir. Düz 20 il bundan əvvəl 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan”
sarayında imzalanan müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə
"Əsrin müqaviləsi" adlandırılıb. "Əsrin müqaviləsi"ndə
dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə,
Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, bp,
MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları,
Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bununla da “Yeni neft strategiyası”
və doktrinası uğurla həyata keçirilməyə başlanğıcı qoyulub.
Qaçqın və məcburi köçkünlərin sahib olduqları imtiyazlar
Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə göstərilən
dövlət qayğısı çərçivəsində, hansı işlər görülüb? Dövlət bu təbəqədən
olan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə nə
kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aşağıdakı məlumatı
əldə etdik.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar qəbul edilmiş normativ-hüquqi sənədlər (oktyabr 2003- oktyabr 2008-ci illər):
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar qəbul edilmiş normativ-hüquqi sənədlər (oktyabr 2003- oktyabr 2008-ci illər):
четверг, 18 сентября 2014 г.
Tələbələrin yataqxana problemi - Məcburi köçkünlər məskunlaşıb
Xarici
Dillər Universiteti öz tələbələrinin az bir hissəsinə yataqxana verə bilir. Universitetin
mətbuat katibi Zeynəb Kazımova deyir ki, hazırda universitetin 2 yataqxanası
var.
“Lakin onlardan birində məcburi köçkünlər
məskunlaşdığından, yalnız digərinə tələbələri yerləşdirə bilirik. Düzdür, o
yataqxanada da məcburi köçkünlər məskunlaşıb, amma bir hissəsində bizim
tələbələr qalır”.
Z.Kazımova qeyd edib ki, bu yay ərzində
yataqxananın tələbələr qalan hissəsi təmir olunub.
вторник, 9 сентября 2014 г.
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılması yeni mərhələyə qədəm qoyub
- İsbəndiyar müəllim, «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na hesabat nəzəri ilə baxanda hansı mənzərəni görə bilərik?
вторник, 2 сентября 2014 г.
Qaçqın və məcburi köçkünlər haqda məlumat toplanıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan
Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Milli
Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə Azərbaycan və Xəzər
hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi
işçilərin mübadiləsi proqramı” həyata keçirilməkdədir.
AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, 2014-cü ilin III rübü üzrə Litvanın Nikolas Romeris Universitetinin Beynəlxalq və Avropa İttifaqının Hüquq İnstitutunun mütəxəssisi elmi tədqiqatın aparılması məqsədilə İnsan Hüquqları İnstitutunda araşdırma aparıb.
Aparılan elmi araşdırmanın əsas məqsədi erməni işğalı nəticəsində hüquqları pozulan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız haqda məlumat toplamaq və əldə olunmuş nəticəni beynəlxalq ictimaiyyətə çatdırmaq olub.

Подписаться на:
Комментарии (Atom)