понедельник, 24 августа 2015 г.

Hərbi ittifaq Qarabağa qoşun göndəriləcəyi anonsunu verdi – Rəsmi Bəyanat

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv aviasiya qüvvələrinin yaradılması üçün təkliflər hazırlanır”.
Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə bu barədə KTMT baş katibinin müavini Valeri Semerikov bildirib.
O deyib ki, KTMT-nın qüvvə və vasitələrinin daşınmasını təmin edəcək kollektiv aviasiya qüvvələrinin yaradılması istiqamətinfə təkliflər hazırlayıblar.

Hərbi təşkilatın rəsmisi bəyan edib ki, həmin hava qüvvələri bu və ya digər münaqişə regionlarına qoşun göndərilməsini təmin etmək üçün yaradılır:
“Bu və ya digər münaqişə bölgələrinə KTMT-nın qüvvə və vasitələrini operativ şəkildə çatdırmaq üçün belə bir şey yaradılır”. Valeri Semerikov münaqişə regonları deyərkən, heç şübhəsiz ki, Dağlıq Qarabağ problemini də nəzərdə tutub.
Qeyd edək ki, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nın üzvləridir.

http://yaxa.org/az/xeber/20300

Комментариев нет:

Отправить комментарий